104.The Traducer

  1. Hər bir qeybət edənin, tənə vuranın vay halına
  2. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
  3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır
  4. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır
  5. Sən haradan biləsən ki, Hutəmə nədir
  6. Bu, Allahın qaladığı Oddur
  7. O Od ki, qalxıb ürəklərə çatacaq
  8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır
  9. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar