96.The Clot

  1. Yaradan Rəbbinin adı ilə oxu
  2. O, insanı qan laxtasından yaratdı
  3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir
  4. O, qələmlə yazmağı öyrətdi
  5. İnsana bilmədiklərini öyrətdi
  6. Xeyr! İnsan, doğrudan da, həddini aşır –
  7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə
  8. Axı son dönüşün Rəbbinədir
  9. Gördünmü o kəsi ki, mane olur –
  10. bir bəndəyə namaz qıldığı zaman
  11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa
  12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun
  13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun
  14. Məgər o bilmir ki, Allah görür
  15. Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
  16. yalançı, günahkar kəkilindən
  17. Qoy öz yığnağını çağırsın
  18. Biz də əzab mələklərini çağıracağıq
  19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş