99.The Earthquake

  1. Yer titrəyib lərzəyə gələcəyi zaman
  2. Yer öz yükünü bayıra atacağı
  3. və insan: “Ona nə olub?”– deyəcəyi zaman –
  4. həmin gün yer öz əhvalatlarını danışacaqdır
  5. Çünki Rəbbin ona vəhy edəcəkdir
  6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər
  7. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır
  8. Zərrə qədər pislik edən də əvəzini alacaqdır